Azərbaycanda it yeniyetməyə hücum etdi - FOTO

Azərbaycanda it yeniyetməyə hücum etdi - FOTO

Quba rayonunda yeniyetmə bir həftə ərzində iki dəfə it dişləməsinə məruz qalıb.

Sonxeber.az xəbər verir ki, "Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Almazqazmalar kənd sakini, 2004-cü il təvəllüdlü Vüsal İntiqam oğlu Qurbanovu öz iti dişləyib.

Onun bildirdiyinə görə, bir neçə gün əvvəl yolda quyuya düşmüş küçə itini də xilas etmək istəyərkən itin hücumuna məruz qalıb.

V.Qurbanova Quba Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksinasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər
Vüsal Intiqam , Quba Rayon Mərkəzi Xəstəxanası , Report Un Şimal Bürosu , Quba
Hadisə xəbərləri
Sonxeber.az digər xəbərlər