Azərbaycanda itlər insanlara hücum etdilər: xeyli yaralı var - VİDEO (FOTO)

Xeberle.com-un oxu.az-a istinadən məlumatına görə, hadisə Liman şəhəri ərazisində baş verib.
1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü, Liman şəhər sakini Anar Zakir oğlu Abbasovmüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilk yardım göstərildikdən sonra zərərçəkənlərin bəziləri evə buraxılıb. Onların hamısına sabah quduzluğa qarşı vaksin vurulacaq.