Azərbaycanda könüllülük mədəniyyətinin perspektivləri müzakirə olunub

Azərbaycanda könüllülük mədəniyyətinin perspektivləri müzakirə olunub

“Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir

Cari ilin aprel ayının 26-sı tarixində UNEC-in II tədris binasında “Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Tələbələrlə İş üzrə prorektor dosent Səadət Qəndilova açaraq könüllülük mədəniyyətinin mahiyyəti və əhəmiyyəti, eyni zamanda ətraf mühitin qorunmasının vacibliyi barədə məlumat verdi. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, nazirliyin “Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr” şöbəsinin müavini Səyyarə Məmmədova, eləcə də “Ekoloji təbliğat və ictimaiyyətlə əlaqələr” şöbəsinin əməkdaşları: Aynur Cavadova, Mehriban Mirhəsənli, Aysel Ramazanova, UNEC-in “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri professor Validə Mehdiyeva, həmçinin həmin kafedranın əməkdaşları iştirak etmişlər.

Çıxış edən nazir müavini Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində gedən yeniliklərin, gənclərin işlə təmin olunması üçün geniş imkanların olmasının və bu prosesdə UNEC tələbələrinin iştirakının vacibliyindən danışdı. Daha sonra şöbə müdiri Səyyarə Məmmədova işin mahiyyətini daha geniş açıqlayaraq könüllülük şərtlərini izah etdi. Həmçinin bildirdi ki, gələcəkdə könüllülər üçün bu istiqamətdə təlimlər də təşkil olunacaqdır.

Tədbirdə universitetimizin Ekologiya, İqtisadiyyat və Texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr iştirak etmiş və Nazirlik tərəfindən təqdim olunan könüllülüyə üzv olma blanklarını doldurmuşlar.

Sonda tələbələrin müxtəlif məzmunlu sualları nazir müavini və nazirliyin əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Açar sözlər
Aynur Cavadova , Aysel Ramazanova , Firdovsi Əliyev , Səyyarə Məmmədova , Validə Mehdiyeva , Ekologiya Və Təbii Sərvətlər Nazirliyi , Azərbaycan
İqtisadiyyat xəbərləri
Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

26-04-2019 22:33 - Yenisabah.az - İqtisadiyyat
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb. Bu barədə “Yeni Sabah”a Komitədən bildirilib. Məlumata görə, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının “Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmamış və həmin binanın tikintisinə icazə verilməyib. Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb. “Azenne Group” MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir.
Moderator.az digər xəbərlər