“Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib

“Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib

Bakı. Trend:

UNEC-in II tədris binasında “Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri Tələbələrlə İş üzrə prorektor dosent Səadət Qəndilova açaraq könüllülük mədəniyyətinin mahiyyəti və əhəmiyyəti, eyni zamanda ətraf mühitin qorunmasının vacibliyi barədə məlumat verib.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, nazirliyin “Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr” şöbəsinin müavini Səyyarə Məmmədova, eləcə də “Ekoloji təbliğat və ictimaiyyətlə əlaqələr” şöbəsinin əməkdaşları: Aynur Cavadova, Mehriban Mirhəsənli, Aysel Ramazanova, UNEC-in “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri professor Validə Mehdiyeva, həmçinin həmin kafedranın əməkdaşları iştirak ediblər.

Çıxış edən nazir müavini Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində gedən yeniliklərin, gənclərin işlə təmin olunması üçün geniş imkanların olmasının və bu prosesdə UNEC tələbələrinin iştirakının vacibliyindən danışıb. Daha sonra şöbə müdiri Səyyarə Məmmədova işin mahiyyətini daha geniş açıqlayaraq könüllülük şərtlərini izah edib. Həmçinin bildirib ki, gələcəkdə könüllülər üçün bu istiqamətdə təlimlər də təşkil olunacaq.

Tədbirdə universitetimizin Ekologiya, İqtisadiyyat və Texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib və Nazirlik tərəfindən təqdim olunan könüllülüyə üzv olma blanklarını doldurublar.

Sonda tələbələrin müxtəlif məzmunlu sualları nazir müavini və nazirliyin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İKT xəbərləri
Metbuat.az digər xəbərlər