Azərbaycanda müəllim intihar etdi: Üç uşaq anasız qaldı - FOTO

Azərbaycanda müəllim intihar etdi: Üç uşaq anasız qaldı - FOTO

Bu gün axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində intihar hadisəsi baş verib.

Xeberle.com xəbər verir ki, virtualaz.org-a istinadən məlumatına görə, kəndin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər