Xeberle.com-un report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolununrayonunQum kəndiərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin -1980-ci il təvəllüdlüMehriban Natiq qızı Mustafayevahadisə yerində ölüb. Sürücü,1979-cu il təvəllüdlüPolad Mahmud oğlu Məmmədovvə digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, mərhumM.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.
Faktla bağlı araşdırma aparılır.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.