Azərbaycanda növbəti ana ölümü: doğuşdan 6 gün sonra

Azərbaycanda növbəti ana ölümü: doğuşdan 6 gün sonra

Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.

Xeberle.com report-a istinadənxəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb.

İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.





Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər