Azərbaycanda övladları ilə birgə cəza çəkən analar - ARAŞDIRMA

Azərbaycanda övladları ilə birgə cəza çəkən analar - ARAŞDIRMA

Bu gün ölkəmizdə xeyli sayda qadın cəzaçəkmə müəssiələrində müxtəlif səbəblərdən cinayət etdiklərinə görə məhkum həyatı yaşayırlar. Elə məhkum analar da var ki, onlar öz övladları ilə birgə cəza çəkirlər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Xeberle.com-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda qadınlar üçün nəzərdə tutulmuş 4 saylı cəzaçəkmə müəssisəsində 3 yaşına çatmayan uşağı olan 4 məhkum ana övladı ilə birgə cəza çəkir.

Bəs hansı hallarda məhkum ana öz övladıyla cəza çəkə bilər?

Cəzacəkmə müəsisəsələrində məhkum qadınların 3 yaşına çatmayan uşaqlarının yerləşdirilməsi, yaşayış şəraiti ilə təmin edilməsi və birgə yaşaması Azərbaycan Respublikası Cəzaların İcra Məcəlləsinə əsasən tənzimlənir.

Hüquqşünas Ramil Süleymanov Xeberle.com-a bildirib ki, hökm elan olunduqdan sonra uşaq dünyaya gələrsə bu zaman Azərbaycan Respublikasının Cəzaların İcra Məcəlləsinin 88-ci maddəsinə görə həmin qadının müvafiq icra hakimiyyətinin razılaşdırılmış qərarı ilə övladı 3 yaşına çatana qədər cəzaçəkmə müəssisəsindən kənarda qala bilərlər: "Cəzaçəkmə müəssisəsindən kənarda yaşayan məhkum qadınlar və onların üç yaşına çatmayan uşaqları cəzaların icrası qanunvericiliyi ilə hamilə və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınlar üçün müəyyən edilmiş normalar üzrə yeməklə və paltarla təmin olunurlar".

R. Süleymanovun sözlərinə görə, hamiləliyə və doğuşa görə məzuniyyətdə olan məhkum qadınların arzusu ilə, onlara və onların üç yaşına çatmayan uşaqlarına yeməyin və paltarın əvəzinə müəyyən olunmuş məbləğdə pul verilə bilər: "Qanunda hamiləliyə və doğuşa görə məzuniyyətlərin müddəti başa çatdıqda, cəzaçəkmə müəssisəsinin müdiriyyəti cəzaçəkmə müəssisəsindən kənarda yaşayan məhkum qadınları cəzaçəkmə müəssisəsinin istehsalat sahələrində və ya cəzaçəkmə müəssisəsindən kənar digər istehsalat obyektlərində işlə təmin edilməsi də nəzərdə tutulub.

Həmçinin cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkum qadınların üç yaşına çatmayan uşaqlarını müvafiq körpələr evlərinə yerləşdirilməsində köməklik göstərir. Zəruri hallarda məhkum qadınların iş günü müddətinə onların uşaqları cəzaçəkmə müəssisələrinin nəzdindəki uşaq evlərinə yerləşdirilə bilər".

Hüquqşünas qeyd edib ki, törədilən cinayətdən, müəyyən olunmuş cəzadan asılı olaraq həmin məhkumlara həftəlik, aylıq günlər müəyyən olunmaqla il ərzində ailə üzvləri ilə görüş hüquqları var: "3 yaşdan sonra isə qanunla müəyyən edilərək azyaşlı ailə üzvlərinin, yaxın qohumların himayəsinə, yaxud da ananın icazəsi ilə uşaq evlərindən birinə yerləşdirilir”.

Xədicə Səxavətqızı

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Siyasət xəbərləri
Xeberle.com digər xəbərlər
Azərbaycanda övladları ilə birgə cəza çəkən analar - ARAŞDIRMA

Azərbaycanda övladları ilə birgə cəza çəkən analar - ARAŞDIRMA

07-02-2019 15:26 - Xeberle.com - Siyasət

Hüquqşünas
Ramil Süleymanov Xeberle.com-a bildirib ki, hökm elan olunduqdan sonra uşaq
dünyaya gələrsə bu zaman Azərbaycan Respublikasının Cəzaların İcra Məcəlləsinin
88-ci maddəsinə görə həmin qadının müvafiq icra hakimiyyətinin razılaşdırılmış
qərarı ilə övladı 3 yaşına çatana qədər cəzaçəkmə müəssisəsindən kənarda qala
bilərlər: "Cəzaçəkmə müəssisəsindən kənarda yaşayan məhkum qadınlar və
onların üç yaşına çatmayan uşaqları cəzaların icrası qanunvericiliyi ilə hamilə
və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınlar üçün müəyyən edilmiş
 normalar üzrə yeməklə və paltarla təmin olunurlar".
R.
Süleymanovun sözlərinə görə, hamiləliyə və doğuşa görə məzuniyyətdə olan məhkum
qadınların arzusu ilə, onlara və onların üç yaşına çatmayan uşaqlarına yeməyin
və paltarın əvəzinə müəyyən olunmuş məbləğdə pul verilə bilər: "Qanunda
hamiləliyə və doğuşa görə məzuniyyətlərin müddəti başa çatdıqda, cəzaçəkmə müəssisəsinin
müdiriyyəti cəzaçəkmə müəssisəsindən kənarda yaşayan məhkum qadınları cəzaçəkmə
müəssisəsinin istehsalat sahələrində və ya cəzaçəkmə müəssisəsindən kənar digər
istehsalat obyektlərində işlə təmin edilməsi də nəzərdə tutulub.
Həmçinin cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkum
qadınların üç yaşına çatmayan uşaqlarını müvafiq körpələr evlərinə yerləşdirilməsində
köməklik göstərir.