Azərbaycanda polietilen örtük istehsalı işə salınır

Azərbaycanda polietilen örtük istehsalı işə salınır

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Aprelin 25-i Bakının Məhəmmədi qəsəbəsində polietilen örtüklərin istehsalı zavodu test rejimində işə düşəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə zavodun direktoru Bəxtiyar Nağıyev deyib.

O qeyd edib ki, ilk məhsul on gün ərzində bazara çıxarılacaq.

Direktorun sözlərinə görə, il ərzində 7 min ton polietilen məhsulun istehsalı planlaşdırılır. Bunun 3,5 min tonu yerli bazarda satılacaq. Qalan məhsulun xarici bazara, xüsusilə Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarükü nəzərdə tutulur.

B.Nağıyev vurğulayıb ki, polietilen istehsalı zavodu Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş 3,5 milyon manat həcmində güzəştli kredit hesabına tikilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Bəxtiyar Nağıyev , Rusiya Və Mərkəzi , Rusiya Xəbərləri Class , Bakı Xəbərləri Class , Bakı
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər