Azərbaycanda polietilen örtük istehsalı işə salınır

Azərbaycanda polietilen örtük istehsalı işə salınır

"Aprelin 25-i Bakının Məhəmmədi qəsəbəsində polietilen örtüklərin istehsalı zavodu test rejimində işə düşəcək".


Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə zavodun direktoru Bəxtiyar Nağıyev deyib.


O qeyd edib ki, ilk məhsul on gün ərzində bazara çıxarılacaq.


Direktorun sözlərinə görə, il ərzində 7 min ton polietilen məhsulun istehsalı planlaşdırılır. Bunun 3,5 min tonu yerli bazarda satılacaq. Qalan məhsulun xarici bazara, xüsusilə Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarükü nəzərdə tutulur.


B.Nağıyev vurğulayıb ki, polietilen istehsalı zavodu Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş 3,5 milyon manat həcmində güzəştli kredit hesabına tikilib.

www.anews.az

loading...

İqtisadiyyat xəbərləri
Anews.az digər xəbərlər