Azərbaycanda qaçqınlara pulsuz eynək paylayan yaponiyalı

Azərbaycanda qaçqınlara pulsuz eynək paylayan yaponiyalı

Mart ayın 30-da Kaliforniyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Berkli Universitetinin Oftalmologiya şöbəsinin əməkdaşı doktor Kinyoş Kanayla görüş keçirildi. Bir çoxumuza bu ad tanış gəlməsə də bu həkim Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə atası və qardaşı ilə birlikdə 2005-ci ildən başlayaraq, Azərbaycanda 3000-dən çox qaçqın və məcburi köçkünlərə pulsuz optik eynəklərin paylanmasını təşkil edib.

Görüş zamanı cənab Kanai çadır şəhərcikləri, vaqonlar və daha sonra yataqxanalarda məskunlaşmağa məcbur qalmış insanlarla işlədiyi zamanı yaşadığı təcürbələri, Yaponiyadan Azərbaycana eynəklərin göndərilməsi prossesi və bölgələrdə olan zaman yaşadığı maraqlı hekayələri iştirakçılarla bölüşdü. Təqdimat zamanı həkim bildirdi ki könüllülük işini 36 il əvvəl atası Akio Kanai başladıb. Belə ki, atasının eynək istehsalı biznesi vasitəsi ilə ehtiyacı olan insnalara kömək edə biləcəyinidə gördükdən sonra, Tailand, Nepal, Ermənistan və daha sonra Azərbaycanda ehtiyacı olan şəxslərə eynəklərin paylanmasını könüllü olaraq təşkil edib.
Qeyd edək ki, ayda 2-3 dəfə Azərbaycan Mədəniyyət Mərkəzində müxtəlif növ tədbirlər baş tutur. Həkim Kanai ilə görüşdən sonra Vusal Ibrahimlinin təqdimatında vergi sistemi ilə əlaqədar digər bir təqdimatda baş tutdu. Aprel ayında Amerikada vergi mövsümü olduğu üçün cəmiyyət Kaliforniya ərazisində yaşayan Azərbaycanlıların vergi ilə əlaqdər olan çətinliklərini həll etmək və suallarına cavab tapması üçün bu təqdimat vasitəsi ilə kömək olmağa çalışır.

Hadisə xəbərləri
Muxalifet.az digər xəbərlər