Azərbaycanda qəbir yerləri pulsuz ayrılacaq

Azərbaycanda qəbir yerləri pulsuz ayrılacaq

Azərbaycanda qəbiristanlıqlar bələdiyyələrin balansına keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Komitə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə qəbiristanlıq və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün sənəd hazırlayıb.

"Bu sənəd Nazirlər Kabinetində artıq təsdiqlənib. Eyni zamanda, Nazirlər Kabinetinin sərəncamına əsasən, qəbiristanlıqları sənəddə nəzərdə tutulduğu kimi, bələdiyyələrin balansına keçməsi ilə bağlı müddət göstərilib. Həmin müddət ərzində bələdiyyələrin balansına keçməli olan qəbiristanlıqlarda bu proses yekunlaşdırılacaq", - deyə sədr müavini bildirib.

Sədr müavini həmçinin bildirib ki, sənəddə bir çox məsələ öz əksini tapıb. Məsələn, qəbiristanlıqlar salınarkən bütün normalar müəyyənləşdirilib, eyni zamanda, ən çox cəmiyyəti narahat edən məsələ torpağın pulsuz ayrılmasıdır ki, bu da sənəddə öz əksini tapıb.

"Sənəddə əksər məsələlər, demək olar ki, qəbiristanlıqların salınması, dəfn işinin təşkili ilə bağlı bütün məsələlər öz əksini tapıb, o cümlədən də torpağın pulsuz verilməsi məsələsi də. Bununla yanaşı önəmli məqamlardan biri də ondan ibarətdir ki, qəbirlər arası məsafə konkret göstərilib, qəbir daşların ölçüsü konkret gözlənilib. Düşünürəm ki, qəbiristanlıqların bələdiyyələrin balansına keçməsindən və bu prosedur yekunlaşandan sonra həmin bu sənədin icrasına başlanılacaq. Bu sənəd imkan verəcək ki, biz qəbiristanlıqlarda dəfn işləri ilə bağlı məsələləri tənzimləyə bilək. Qeyd edim ki, bu, yalnız qəbiristanlıqlar və dəfn işinin təşkili ilə bağlıdır. Yasmərasimlərinin bura aidiyyəti yoxdur", - deyə sədr müavini bildirib.(ona.az)


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Siyasət xəbərləri
Xeberle.com digər xəbərlər
Qubadlılar ulu öndərə ehtiramlarını bildiriblər - FOTOLAR

Qubadlılar ulu öndərə ehtiramlarını bildiriblər - FOTOLAR

10-05-2019 15:30 - Xeberle.com - Siyasət


Bu
gün Stansiya Sumqayıt ərazisində məcburi köçkün ailələri
üçün yeni salınmış yaşayış massivində Ulu Öndərin anadan
olmasının 96-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

Xeberle.comxəbər verir ki, rayon icra hakimiyyəti və YAP-ın Qubadlı rayon təşkilatının birgə
təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra
Hakimiyyətinin başçısı Malik İsaqov, icra hakimiyyətinin məsul işçiləri, hüquq
mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri
iştirak ediblər.

Öncə tədbir iştirakçıları yaşayış massivində ağacəkmə
kampaniyası çərçivəsində 1000 ədəd ağac əkiblər. 
Qeyd olunub ki, bu gün Heydər Əliyev siyasi irsinin layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərinideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata
keçirilməsi ölkəmizi çiçəklənən bir diyara çevirib: "Biz inanırıq ki,
yaxın gələcəkdə məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad
olunacaq və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar".
Tədbir Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası kollektivinin
hazırladığı konsert proqramı
ilə başa çatıb.











Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.