Azərbaycanda qızıl və gümüş bahalaşıb- Qiymət


Azərbaycanda qızıl və gümüş bahalaşıb- Qiymət

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, aprelin 26-da qızılın qiyməti aprelin 25-i ilə müqayisədə 7,7435 manat artaraq 1 unsiya üçün 2176,0255 manat təşkil edib.

Gümüş 0,151 manat bahalaşaraq 1 unsiya üçün 25,4915 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 10,302 manat artaraq 1512,49 manat, palladiumun qiyməti isə 4,879 manat artaraq 2409,8265 manat təşkil edib.

Açar sözlər
Azərbaycan
İqtisadiyyat xəbərləri

Dövlət xəstəxanalarının həkimlərinin maaşı 245-325 manat civarındadır - Ekspert biabırçı durumu şərh etdi

26-04-2019 12:55 - Cebhe.info - İqtisadiyyat
Amma minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişiklikdən sonra bu sferada vəziyyətə baxıram, çox acınacaqlı durumdur".

Cebhe.infoxəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev irəli sürüb.

O bildirib ki, mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə dövlət səhiyyə müəssislərində əmək stajından asılı olaraq həkim heyəti 9-15-ci dərəcələr, orta tibb heyəti 5-9-cu dərəcələr, aşağ tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar:

"Yeni artımlardan sonra dövlət səhiyyə müəssislərində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-ci dərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib.

Amma gəlir vergisi və sosial sığorta ayırmalarında baş verən dəyişikliklərdən sonra işçiyə çatası xalis əməkhaqqının gross məvacibə nisbəti aşağı düşüb.

Belə ki, 2019-cu ilin yanvarın 1-dək qüvvədə olan qanunvericiliyə görə maaşların yaşayış minimumunun 1 mislinədək olan hissəsi, yəni 2018-ci ildə 173 manat gəlir vergisindən azad idi.
Strateq.az digər xəbərlər