Azərbaycanda sabiq icra başçısı azadlığa buraxıldı


Azərbaycanda sabiq icra başçısı azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağcabədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.orgxəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Səfərova şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıb. Sabiq başçı ilə birlikdə həbs olunan Rüstəm Bayramova da şərti cəza verilib.

Qeyd edək ki, M.Səfərov məhkəmədən yayındığı üçün barəsində axtarış qərarı çıxarılmışdı.

İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsura qarşı dələduzluq ediblər. Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri təyin olunub.

Cebhe.info


Oxunma sayı: 45