Azərbaycanda tarixi abidələr necə qorunur?

Azərbaycanda tarixi abidələr necə qorunur?

Ölkəmizdə tarixi abidələrin necə qorunması və yeni arxeoloji tapıntılar barədə məlumatlar açıqlanacaq

BAKI, 16 aprel — Sputnik. Hər il aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Azərbaycan zəngin mədəni irsə malikdir və Azərbaycan mədəniyyətinə məxsus bir çox maddi və qeyri-maddi abidələr YUNESKO tərəfindən qorunur.

YUNESKO-nun ümumdünya mədəni irs siyahısına İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına isə Azərbaycan muğamı, xalçaçılıq sənəti, aşıqlar sənəti və Novruz bayramı daxil edilib.

Aprelin 17-si saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Azad Rzayev, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutun aparıcı elmi işçisi Azad Zeynalov və digər mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Tədbirdə Azərbaycanda tarixi abidələrin necə qorunması və yeni arxeoloji tapıntılar barədə danışılacaq.

Əlaqə üçün

Telefonlar: (012) 404-13-84/85

E-mail: [email protected]

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, Beynəlxalq Mətbuat Mərkəzinin binasın 4-cü mərtəbəsi.

Açar sözlər
Azad Rzayev , Rizvan Hüseynov , Azərbaycan Milli Elmlər Akademiyası , Bakı Dövlət Universiteti , Yunesko , Beynəlxalq Mətbuat Mərkəzi , Arxeologiya Və Etnoqrafiya Institutu , Şirvanşahlar Saray Kompleksi , Azərbaycan Multimedia Mətbuat Mərkəzi , Qafqaz Tarixi Mərkəzi , Azərbaycan
Mədəniyyət xəbərləri
Sputnik.az digər xəbərlər