Azərbaycanda uçot dərəcəsi aşağı salındı

Azərbaycanda uçot dərəcəsi aşağı salındı
Azvision.az -ın məlumatına görə, Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsinin 9 faizdən 8.75 faizə endirilməsinə dair qərar qəbul olunub. Onun sözlərinə görə, uçot dərəcəsinin yuxarı həddi 10.75, aşağı həddi isə 6.75 faiz səviyyəsində saxlanılıb.

AMB sədri qeyd edib ki, uçot dərəcəsi aşağı salınarkən ölkədə gedən makroiqtisadi proseslər nəzərə alınıb.

Aytən Zəhra
İqtisadiyyat xəbərləri
Azvision.az digər xəbərlər