"Azərbaycanda vətəndaş cəmiyyəti hərtərəfli inkişaf edir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda vətəndaş cəmiyyəti hərtərəfli inkişaf edir" ÖZƏL-MÜNASİBƏT

“Ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf yolundadır”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

R.Zeyni bildirib ki, son illər dövlətin üçüncü sektorun inkişafına dəstəyi daha artıb. Onun sözlərinə görə, Azərbaycan artıq dialoqlar, mədəniyyətlər, tolerantlıq, idman mərkəzinə çevrilib: “Eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyəti də hərtərəfli inkişaf edir. Hər bir cəmiyyətin, hər bir təşkilatın problemləri var, amma bu o demək deyil ki, Azərbaycanda hökumət səviyyəsində qeyri-hökumət təşkilatlarına problemlər yaradılır. Bunlar qeyri-obyektiv məlumatlardır. Bəzi beynəlxalq təşkilatların bu yöndəki iddialarının heç bir əsası yoxdur”- deyə, R.Zeyni qeyd edib.

loading...

Siyasət xəbərləri
Yüzlərlə gənc könüllülər sıralarına qatılır (+FOTOLAR +VIDEO)

Yüzlərlə gənc könüllülər sıralarına qatılır (+FOTOLAR +VIDEO)

26-04-2019 12:34 - Azpress.az - Siyasət
AZ xəbər verir ki, ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.
Dövlət İdarəçilik Akademiyasında, İqtisad və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tərəfindən tələbələrə eko könüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.
Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər.
Sia.az digər xəbərlər