Azərbaycanda yeni model avtomobil istehsal ediləcək - QİYMƏTİ

Azərbaycanda yeni model avtomobil istehsal ediləcək - QİYMƏTİ

"Neftçala Avtomobil Zavodunda “Peugeot” markalı avtomobilin daha bir modelinin istehsalı ilə bağlı hazırda iş aparılır”.

Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, sözügedən maşının istehsalına təqribən 2 aydan sonra başlanılacaq: “Biz müəyyən məsələləri Fransa ilə razılaşdırırıq”.

Qeyd edək ki, bu, “Peugeot 207” modeli olacaq. Bu avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq və qiyməti, təxminən, 17 500 manat civarında olacaq”.

Xatırladaq ki, "Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı minik avtomobilləri fevral ayının sonundan daxili bazara çıxarılıb və qiyməti 17 500 manatdır.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

© “Report”

Açar sözlər
Emin Axundov , Neftçala Avtomobil Zavodu , Azərmaş Asc-Nin Sənaye Məhəlləsi , Fransa , Neftçala
İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər