Azərbaycanda yeni nəsil 4LL lokomotiv yağı istehsal ediləcək

Azərbaycanda yeni nəsil 4LL lokomotiv yağı istehsal ediləcək

(®) “AMINOL” ticarət markalı sürtkü yağları Sumqayıt Kimya Sənaye Parkında, “ALCO” MMC-yə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında istehsala 15.12.2017-ci il tarixində Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri ilə başlamışdır.

Zavodun illik istehsal gücü 30 min ton, investisiya həcmi isə 10 milyon ABŞ Dollarıdır. Müəssisədə, əsasən, mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya və gəmi yağları istehsal edilir.

“AMİNOL” sürtkü yağları zavodu artıq bir ildən çoxdur ki, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən aviasiya yağı istehsal edən ilk yerli istehsalçıdır.

Yaxın günlərdə “AMİNOL” sürtkü yağları zavodu dünya nəhənglərindən olan General Electric (GE) şirkətindən AMİNOL M-14D2 lokomativ yağı üçün “Fundamental Approval”- əsas təsdiq almışdır.

“AMİNOL” sürtkü yağları zavodu bununla da MDB ərazisində “Lukoil” şirkətindən sonra Dizel lokomotivləri üçün xüsusi tərkibli 4 LL (Long Life) AMİNOL M-14D2 lokomotiv yağını istehsal üçün icazəyə malik ikinci şirkətdir.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər