Azərbaycanda yeni qurum yaradılacaq

Azərbaycanda yeni qurum yaradılacaq

Azərbaycanda yeni qurum yaradılacaq.


"Kommersant.az" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin (MM) Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə məlumat verib.

O, Aqrar siyasət komitəsinin aprelin 26-da keçirilən iclasında "Aqrar sığorta haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib ki, belə bir sənəd aqrar sektorda sığorta məsələləri ilə bağlı üzə çıxan problemlərin həlli yönümündə mühüm addım ola bilər və olacaq:

"Bu sənədin qəbulu ilə həm də ölkədə yeni qurum - Aqrar sığorta qurumu yaradılır. Özü də bu təşkilat qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək.

Yəni aqrar sektorda sığorta ilə bağlı bütün məsələlər bu orqan tərəfindən tənzimlənəcək".

İqtisadiyyat xəbərləri
Kommersant.az digər xəbərlər
Hansı əməliyyatlar Əlavə Dəyər Vergisindən azaddır  - MİSAL İLƏ İZAH

Hansı əməliyyatlar Əlavə Dəyər Vergisindən azaddır - MİSAL İLƏ İZAH

26-04-2019 14:35 - Kommersant.az - İqtisadiyyat
Məcəllənin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı, damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, quş ətinin satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı ƏDV-dən azaddır. Lakin kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən baytarlıq preparatlarının idxalı ƏDV-dən azad olduğu halda, həmin malların Azərbaycan Respublikasında təqdim edilməsi Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən vergitutma obyektidir.