Azərbaycandan Gürcüstana pul köçürmələri 7% azalıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 7% azalıb

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 4 650,4 min ABŞ dolları məbləğində pul köçürülüb.


Bu barədə qonşu ölkənin Milli Bankının hesabatında bildirilir.


Hesabata əsasən, bu rəqəm illik müqayisədə 6,9% azdır.


Yanvar-mart aylarında Gürcüstandan Azərbaycana isə pul köçürmələrinin məbləği isə ötən ilin eyni dövrünə nisbətən 1,9% azalaraq 2 572,9 min dollara düşüb.


Təkcə mart ayında isə Azərbaycandan Gürcüstana 1,64 milyon dollar, Gürcüstandan Azərbaycana isə 906 min dollar pul köçürülüb.


Ötən ay Gürcüstana müxtəlif ölkələrdən, ümumilikdə, 138,4 mln. dollar daxil olub ki, bu da illik müqayisədə 4,5% və yaxud 5,9 milyon dollar çoxdur. Hesabat ayında qonşu ölkəyə ən çox pul köçürmələri 35,42 milyon dolar olmaqla Rusiyadan həyata keçirilib. (report)

Açar sözlər
Abş , Azərbaycan , Gürcüstan , Rusiya
İqtisadiyyat xəbərləri
Sürücülər üçün yeni tələblərin detalları açıqlandı – Kursa gedəcəklər

Sürücülər üçün yeni tələblərin detalları açıqlandı – Kursa gedəcəklər

15-04-2019 16:43 - Yenisabah.az - İqtisadiyyat
Hazırlıq mühazirələrdən, praktiki məşğələlərdən və yekun qiymətləndirmədən ibarətdir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir. Hazırlıq zamanı ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını həyata keçirən sürücülərə etik davranış qaydaları, sərnişinlərlə ünsiyyətdə kobudluğun, avtomobil nəqliyyatında siqaret çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi, həmçinin sərnişinlərlə mədəni rəftar etmənin, qonaqpərvər və nəzakətli olmağın, unudulmuş əşyalar barədə polis orqanlarının məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları, müxtəlif təhlükəli yol şəraitində sürücünün davranışı haqqında, eləcə də avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir.  Hazırlıqda iştirak edən sürücülərin hazırlıq səviyyəsini müəyyən etmək və təqdim olunan məlumatlara marağı formalaşdırmaq üçün hər mövzu öyrənildikdən sonra və Proqramın yekununda keçirilən tədrisin sürücülər tərəfindən mənimsənilməsi keçirilən test imtahanı ilə qiymətləndirilir.
Moderator.az digər xəbərlər