Azərbaycanın 3 bankının reytiniqi yüksəldi, 1-nin isə proqnozu dəyişdi

Azərbaycanın 3 bankının reytiniqi yüksəldi, 1-nin isə proqnozu dəyişdi

“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının yerli və xarici valyutalarda depozitlər üzrə uzunmüddətli reytinqlərini yüksəldib. Bu barədə agentliyin məlumatında deyilir.

“Moody`s” "Xalq Bank"ın yerli və xarici valyutalarda depozitləri üzrə uzunmüddətli reytinqi B3 səviyyəsindən B2 səviyyəsinədək, “Bank Respublika”nın – Саа1 səviyyəsindən B3 səviyyəsinədək, Azərbaycan Beynəlxalq Bankının (ABB) - В3 səviyyəsindən В1 səviyyəsinədək yüksəldib. ABB üzrə proqnoz “müsbət”dir, “Bank Respublika” və “Xalq Bank” üzrə proqnoz isə “müsbət”dən “sabit”ə dəyişib.

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

“Moody`s”, həmçinin “Bank of Baku” ASC-nin yerli və xarici valyutalarda depozitlər üzrə uzunmüddətli və qısamüddətli reytinqini təsdiq edib. Bununla belə, agentlik bankın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “mənfi”dən “sabit”ə dəyişib.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər