Azərbaycanın ABŞ-dakı səfirliyi Kolorado Senatına məktub göndərdi - Yanlışlıqlar aradan qaldırılsın!

Azərbaycanın ABŞ-dakı səfirliyi Kolorado Senatına məktub göndərdi - Yanlışlıqlar aradan qaldırılsın!

Xarici İşlər Nazirliyi ABŞ-ın Kolorado ştatının Senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun tanınması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.


Nazirliyin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Trend-in sorğusuna cavabında bildirib ki, 24 aprel tarixində Kolorado ştatının 35 nəfərlik senatı tərəfindən qondarma "erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamədə Ermənistan və qondarma "artsaxın” Türkiyə və Azərbaycan tərəfindən "blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni "xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir:


"Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadın guya həmin qurumun tanıması kimi təqdim etməyə cəhd edib. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun "dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir”.


XİN rəsmisinin sözlərinə görə, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.


L. Abdullayeva qeyd edib ki, ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.

Açar sözlər
Leyla Abdullayeva , Xarici Işlər Nazirliyi , Abş , Azərbaycan , Ermənistan , Qarabağ , Türkiyə
Siyasət xəbərləri
"Dördgünlük müharibə"də fərqlənən əsgərlərimiz xalq arasında (FOTO)

"Dördgünlük müharibə"də fərqlənən əsgərlərimiz xalq arasında (FOTO)

25-04-2019 15:35 - Baku.ws - Siyasət
Hərbçilərə alqış sədaları altında fəxri fərman və nişanlar təqdim edilib. Hərbi vətənpərvərlik tədbiri iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.     Beyləqan şəhərində Müdafiə Nazirliyi və Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan "Sən Vətənin sipəri, xalqımın qürurusan" adlı kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilib. Tədbirdə aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Beyləqan rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak ediblər. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışıb, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbirdə çıxış edərək vurğulayıb ki, beyləqanlılar həmişə Azərbaycan ordusuna dayaq olublar, Heydər Əliyev ideyalarına sadiqdirlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an respublikamızın ərazi bütövlüyü uğrunda savaşa atılmağa hazırdırlar. Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Beyləqan rayonunun incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim ediblər.
Azxeber.com digər xəbərlər