Azərbaycanın bədii gimnastika komandası çoxnövçülük üzrə yarışlarda mübarizəyə qoşulub

Bakı, 26 aprel, AZƏRTAC
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku turnirində yığma komandaların çoxnövçülük üzrə yarışları keçirilir.
AZƏRTAC xəbər verir ki, Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanovadan ibarət komandamız beş topla hərəkətlərdə mübarizəyə qoşulub. Komandamızın çıxışı 15,750 xalla qiymətləndirilib.
Qeyd edək ki, üç gün davam edəcək yarışlarda 25 qrup komandası və 70-dən çox gimnast mübarizə aparır.
AZERTAG.AZ :Azərbaycanın bədii gimnastika komandası çoxnövçülük üzrə yarışlarda mübarizəyə qoşulub