Azərbaycanın dövlət şirkətinin 6 rəhbərinə 464 min manat - MAAŞ ÖDƏNİLİB

Azərbaycanın dövlət şirkətinin 6 rəhbərinə 464 min manat - MAAŞ ÖDƏNİLİB

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə Konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

Hesabatlarda Baş rəhbərliyə ödənişlər barədə də məlumatlar verilib.

Qeyd edilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərliyinə Cəmiyyətin sədri və beş müavini daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əməkhaqqı cədvəlinə uyğun olaraq əməkhaqqı və mükafatlarla təmin edilir.

2018-ci il ərzində baş rəhbərliyə cəmi ödənişlər 464 min manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə 131 min manat və ya 39% çoxdur. 2017-ci ildə baş rəhbərliyə cəmi ödənişlər 333 min manat təşkil etmişdir.

Orta hesabla hər ay rəhbərliyə 38 min 667 manat, hər bir rəhbərə isə 6 min 444 manat əmək haqqı və mükafat ödənilib.

Ümumiyyətlə, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 406 milyon 949 min manat cəmi xərclərinin 140 milyon 635 min manatını əməkhaqqı, maaş və sosial müdafiə xərcləri təşkil edib.(fed.az)

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi , Azərbaycan Xəbərləri Class , Azərbaycan Respublikası
İqtisadiyyat xəbərləri
Problemli kreditlərlə bağlı statistika: 31 mindən çox şəxs kompensasiya alıb

Problemli kreditlərlə bağlı statistika: 31 mindən çox şəxs kompensasiya alıb

25-04-2019 16:37 - 7news.az - İqtisadiyyat

"Azərpoçt” MMC son üç gündə problemli kreditlərlə bağlı kompensasiya alan vətəndaşların sayını açıqlayıb.
Verilənməlumata görə, bu müddət ərzində 31 min 336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb.
Bildirilib ki, Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən "Azərpoçt” MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər.
Qeyd edilib ki, Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri üç gündə 8 milyon 444 min 073 manat 71 qəpik vəsaiti nağd formada əldə edib.
May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.
"Azərpoçt” MMC Bakı ərazisində və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.
Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.
Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt” MMC-yə müraciət etməlidirlər.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunacaq.
Metbuat.az digər xəbərlər