Azərbaycanın göndərdiyi humanitar yardım İran tərəfinə təhvil verilib

Azərbaycan hökumətinin İran İslam Respublikasına göndərdiyi humanitar yük karvanı İranın Rəşt şəhərinə çatıb.
Yardım burada İran Qızıl Aypara Cəmiyyətinin bazasına boşaldılaraq, təbii fəlakətdən zərər çəkən daşqın zonalarına göndəriləcək.
Qeyd edək ki, İranda aramsız yağışlar nəticəsində yaranan təbii fəlakətlə əlaqədar Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan hökuməti İran İslam Respublikasına 950 min manatlıq humanitar yardım göndərib.(ONA)