Azərbaycanın pul nişanlarının müdafiə qabiliyyəti artırılır

Azərbaycanın pul nişanlarının müdafiə qabiliyyəti artırılır

Mərkəzi Bank dizaynı dəyişmədən dövriyyədə olan milli valyutaların modernizasiyası proqramını həyata keçirir. Burada başlıca məsələ pul nişanlarının müdafiə qabiliyyətinin artırılmasıdır.


Moderator.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, bu istiqamətdə güclü texnoloji yeniliklər də var:


"Bu, bizim 200 manatlıqda əksini tapıb, müasir müdafiə qabiliyyəti var. Azərbaycan bankomatlarının müdafiə səviyyəsi yüksəkdir. Saxtakarlıq göstəricisinə görə 200 min pulun içərisində 1 ədəd saxta pul düşür. Avropada 30 minə, Rusiyada 130 minə 1 ədəd saxta pul düşür. Proses gedir, burada texniki problemlər çıxır. Yeni müdafiə elementlərini bankomatlarda olan köhnə proqramlar oxuya bilmir. 8-10 ay ərzində adaptasiya gedir".


E.Rüstəmovun sözlərinə görə, ayının sonuna qədər bankomarlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcək.


"Bundan öncəki zamanlarda dövriyyədə yararsız pullar vardı. Amma hazırda yararsız pulları istifadəsinə qadağa qoymuşuq".


E.Rustəmov qeyd edib ki, hazırda dövriyyədə 8,3 milyard manat pul var: "İri pul nominalları pul kütləsinin 90 faizini təşkil edir. Məlum olduğu kimi, pullar dövriyyədə çox işləndikcə köhnəlir. 1 il ərzində 20 manatlıqların 60 faizi, 1, 5, 10 manatlıqların isə 80 faizi köhnəlir".


Sədrin sözlərinə görə, köhnəlmiş pullar Mərkəzi Bankda yenidən çeşidlənir, təmizlənir və ciddi sirətdə dezinfeksiya olunur" Həmin pullar xəzinədə optimal rejimdə saxlandıqdan sonra dövriyyəyə buraxılır".

Açar sözlər
Elman Rüstəmov , Mərkəzi Bank , Azərbaycan , Rusiya
İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər