Azərbaycanın qadın güləşçisi Avropa çempionatının bürünc medalçısı oldu

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının bürünc medalçısı oldu

Azərbaycanın qadın güləşçisi Elmira Qəmbərova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.


59 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Angelina Lisakı məğlub edib.


Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində Elis Manolova (65 kq) finalda rumıniyalı Krista İnçe üz-üzə gələcək. Manolova ilə yanaşı, sabah Tatyana Omelçenko (62 kq) bürünc medal, Alyona Kolesnik (57 kq) isə təsəlliverici görüşünə çıxacaq.

İdman xəbərləri
Moderator.az digər xəbərlər