“Azərbaycanla ABŞ mühüm tərəfdaşıdır” - Amerikalı səfir

“Azərbaycanla ABŞ mühüm tərəfdaşıdır” -  Amerikalı səfir

Azərbaycan beynəlxalq terrorçuluqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ-ın mühüm tərəfdaşıdır"

Metbuat.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda bildirib.

Səfir vurğulayıb ki, Azərbaycan bu beynəlxalq bəla ilə mübarizədə liderliyini nümayiş etdirir: “Tərəfdaşlığımız yalnız inkişaf edəcək, biz narkotiklərlə mübarizə sahəsində daha səmərəli üsullar yaratmaq niyyətindəyik”.

Diplomat, çıxışında həmçinin beynəlxalq enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsində Azərbaycanın artan rolunu qeyd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Azərbaycan , Bakı , Abş
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər