Azərbaycanlı cütlük pulla dolu çantasını “zapravka”da unutdu

Azərbaycanlı cütlük pulla dolu çantasını “zapravka”da unutdu

Azərbaycanlı cütlük Çexiyadakı yanacaqdoldurma məntəqəsində içərisində külli miqdarda pul olan çantasını unudub. Onlar məntəqəyə qayıtdıqda isə oradakı işçilər çantanı görmədiklərini bildiriblər. Bundan sonra cütlük polisə müraciət edib.


Aroundprague.cz portalı xəbər verir ki, hadisə D6 magistralının Yeni Strşeçidən keçən hissəsində baş verib.


Hadisə yerinə gələn polis müşahidə kameralarına baxıb və məlum olub ki, içərisində 17,5 min avro olan çantanı məntəqə əməkdaşları oğurlayıb.


Oğrular saxlanılıb. Pullar isə cütlüyə qaytarılıb.


Qeyd edilib ki, cütlük Çexiyadan keçərək, Berlinə gedirmiş.


oxu.az

www.anews.az

loading...

Hadisə xəbərləri
Anews.az digər xəbərlər