Azərbaycanlı cütlük pulla dolu çantasını “zapravka”da unutdu

Azərbaycanlı cütlük pulla dolu çantasını “zapravka”da unutdu

Azərbaycanlı cütlük Çexiyadakı yanacaqdoldurma məntəqəsində içərisində külli miqdarda pul olan çantasını unudub. Onlar məntəqəyə qayıtdıqda isə oradakıişçilər çantanı görmədiklərini bildiriblər. Bundan sonra cütlük polisə müraciət edib.

Aroundprague.czportalı xəbər verir ki, hadisə D6 magistralının Yeni Strşeçidən keçən hissəsində baş verib.

Hadisə yerinə gələn polis müşahidə kameralarına baxıb və məlum olub ki, içərisində 17,5 min avro olan çantanı məntəqə əməkdaşları oğurlayıb.
Oğrular saxlanılıb. Pullar isə cütlüyə qaytarılıb.
Qeyd edilib ki, cütlük Çexiyadan keçərək, Berlinə gedirmiş.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

26-04-2019 15:48 - Xeberle.com - İqtisadiyyat


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Xeberle.com-un məlumatına görə, qanuna dəyişiklik "Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsiləreal rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.
Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.
 Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.