Azərbaycanlı elm adamları Türkiyədə II Maarif Konqresində iştirak edib +FOTO=7

Azərbaycanlı elm adamları Türkiyədə II Maarif Konqresində iştirak edib +FOTO=7

Azərbaycanlı elm adamları Türkiyədə “II Maarif” Konqresində iştirak edib +FOTO=7

2021-ci il iyul ayının 13-18-i tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Cümhuriyyətin “Türk Eğitim-Sen” təşkilatının və UNESCO Türkiyə Milli Komissiyasının dəstəyi ile II Maarif Konqresi keçirilib.
II Maarif Konqresinin açılış iclası hazırda “Türkiyə Cümhuriyyət Muzeyi” kimi fəaliyyət göstərən II Türkiyə Böyük Millət Məclisinin Baş Məclis Salonunda keçirilib. Açılış iclasına “Türk Eğitim-Sen” təşkilatının Genel Başqanı Talip Geylan, Türkiyənin Təhsil Naziri prof. Dr. Ziya Selçuk, “Türkiyə Kamu-Sen”təşkilatının Genel Başqanı Önder Kahveci, İlksan İdarə heyəti Başqanı Tuncer Yılmaz, Türkav İdarə heyəti Başqanı Ebubekir Korkmaz, Türk Haber-Sen Başqanı Yücel Kazancıoğlu, Türk Neqliyyat-Sen İdarə heyəti Başqanı Mustafa Nurullah Albayrak, Türk Enerji-Sen Başqanı Mustafa Tümer, Türk Diyanet Vəqfi-Sen Başqanı Nuri Ünal, Türk Yerli Xidmet-Sen Başqanı Mustafa Yorulmaz, Türk Maarif-Sen-in mərkəz müdirləri, çoxlu sayda akademiklər, elm adamları, müəllim və pedaqoqlar, eləcə də bir sıra xarici ölkələrdən gəlmiş nümayəndələr də iştirak ediblər.
II Maarif Konqresi son illərdə Türkiyə Cümhuriyyətində keçirilən ən böyük tədbirlərdən biri idi. Konqresin açılış iclası M.K.Atatürkün xatirəsini bir dəqiqəlik sükut ilə anmaqla və İstiqlal Marşının oxunmasıyla başlayıb. Daha sonra kürsüyə dəvət edilən Türk Təhsil-Sen Başqanı Talip Geylan Konqresin açılış nitqini söyləyib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Təhsil Naziri prof. Dr. Ziya Selçuk çıxış edərək konqresin işinə uğurlar arzulayıb. Konqresin açılış mərasimindən sonra iştirakçılar M.K.Atatürkün əbədi uyuduğu “Anıt Kabır” məzarlığını ziyarət edib, onun məzarına əklil və gül dəstələri qoyublar.
Altı gün davam edən II Maarif Konqresində Türkiyə Cümhuriyyətindən, xarici ölkələrdən, eləcə də Azərbaycandan qatılan elm adamlarının və tədqiqatçıların 300-ə yaxın məruzəsi dinlənilib. II Maarif Konqresində Azərbaycandan 3 nəfər - AMEA Folklor İnstitutunun Müasir Folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin Analitik informasiya sektorunun aparıcı mütəxəssisi Aqil Məhərrəmov və AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin əməkdaşı Vaqif Orucov iştirak ediblər.
Sözügedən konqresdə filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Qədim türklərdə - Hunlar və Göytürklərdə təhsil-tərbiyə məsələləri”, Aqil Məhərrəmov “Qurani-Kərimdə öyrənmə və öyrətmə mövzuları ”, Vaqif Orucov isə “Azərbaycan Demokratik Cümhuriyyəti zamanında Türkiyə-Azərbaycan təhsil əlaqələri” adlı məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, 15 iyul 1921-ci ildə Mustafa Kamal Atatürkün də qatıldığı və Türkiyənin hər yerindən gələn insanların iştirakı ilə Ankarada I Maarif Konqresi keçirilib. Bir əsrdən sonra baş tutan II Maarif Konqresinin keçirilməsində əsas məqsəd bundan sonrakı dövrdə türk təhsili, türk elm həyatı və türk dövləti üçün insan resurslarının keyfiyyətini artırmaq, təhsil sahəsində yeni yol xəritəsinin müəyyənləşdirilməsiss idi.

Açar sözlər
Aqil Məhərrəmov , Talip Gey , Tahir Orucov , Vaqif Orucov , Kamal Atatürk , Mustafa Nurullah Albayrak , Amea Folklor Institutunun Müasir Folklor Şöbəsi , Türkiyə Milli Komissiyası , Türkiyə Böyük Millət Məclisi , Unesco , Türkiyə Cümhuriyyət Muzeyi , Baş Məclis Salonu , Türkiyə , Azərbaycan , Kork , Ankara , Quran
Siyasət xəbərləri
Azpress.az digər xəbərlər