Azərbaycanlı erməniyə qalib gəldi və AÇ-nın medalını qazandı - Yenilənib

Azərbaycanlı erməniyə qalib gəldi və AÇ-nın medalını qazandı - Yenilənib

Yunan-Roma güləşçimiz Taleh Məmmədov (63 kq) Buxarestdə keçirilən Avropa çempionatında uğur qazanıb.


Bürünc mükafat uğrunda görüşdə T. Məmmədov erməni Slavik Qalstyana qalib gəlib.


Bu, T. Məmmədovun Avropa çempionatında ilk medalıdır.


***


Dünya çempionu, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.


Oxu.Az xəbər verir ki, bürünc mükafat uğrunda mübarizədə o, türkiyəli Şərif Kılıca qalib gəlib.


***


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında daha bir idmançımız erməni rəqibini məğlub edib.


Yunan-Roma güləşçimiz Orxan Nuriyev (-97 kq) mübarizəyə start verib.


O, 1/8 finalda Artur Şahinyanla (Ermənistan) qarşılaşıb. İdmançımız ötən Avropa çempionatının bürünc mükafatçısı üzərində inamlı qələbə qazanaraq (3:0) 1/4 finala vəsiqə qazanıb.


Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən Taleh Məmmədov (-63 kq) bürünc medal uğrunda görüşdə Slavik Qalstyanla qarşılaşacaq.


Qeyd edək ki, bundan əvvəl Hacı Əliyev, Ağahüseyn Mustafayev və İslam Abbasov erməni idmançıları məğlub ediblər.


***


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı (AÇ) davam edir.


Bu gün yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (-60 kq), Kamran Məmmədov (-67 kq), Ülvi Qənizadə (-72 kq), Rafiq Hüseynov (-82 kq) və Orxan Nuriyev (-97 kq) mübarizəyə start verir.


İlk dörd idmançımızın rəqibləri artıq bəllidir. Yalnız Orxan Nuriyevin rəqibi bilinmir. O, 1/8 finalda Artur Şahinyan (Ermənistan) – Pontus Yuhan Lund (İsveç) cütünün qalibi ilə görüşəcək.


Bu gün həmçinin Bakı vaxtı ilə saat 19:00-da dünən mübarizəyə qoşulmuş üç idmançımız medal uğrunda mübarizə aparacaq. Bunlar dünya və Avropa çempionumuz Eldəniz Əzizli (-55 kq), Taleh Məmmədov (-63 kq) və İslam Abbasovdur (-87 kq). İlk iki idmançımız bürünc, İslam Abbasov isə qızıl medal görüşünə çıxacaq. Bunlardan Taleh Məmmədovun görüşü prinsipial olacaq. Belə ki, o, bürünc medal üçün Slavik Qalstyanı məğlub etməlidir.


Bundan başqa, bu gün təsəlliverici görüşlərə iki idmançımız qatılıb. Onlardan Elvin Mürsəliyev (-77 kq) dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə (1:2) uduzmaqla bürünc medal qazanmaq şansını itirib.


İran azərbaycanlısı olan güləşçimiz Sabah Şəriəti (130 kq) 1/8 finalda üçqat dünya, yeddiqat Avropa çempionu Rza Kayaalpa uduzsa da (0:5), tanınmış rəqibinin finala yüksəlməsi ilə onun da bürünc medal qazanmaq şansı yaranıb. Şəriəti ilk təsəlliverici görüşdə çətinlik çəkmədən Ante Milkoviçi (Xorvatiya) 10:2 hesabı ilə yenərək mübarizədən kənarlaşdırıb.

Açar sözlər
Hacı Əliyev , Rafiq Hüseynov , Murad Məmmədov , Kamran Məmmədov , Islam Abbasov , Taleh Məmmədov , Elvin Mürsəliyev , Ülvi Qənizadə , Orxan Nuriyev , Ağahüseyn Mustafayev , Eldəniz Əzizli , Sabah Şəriəti , Ante Milkoviç , Artur Şahin , Bakı , Iran , Ermənistan , Isveç , Xorvatiya , Rumıniya , Buxarest , Lund
İdman xəbərləri
AÇ: Azərbaycan güləşçiləri bir gümüş, iki bürünc medal qazanıblar - VİDEO - YENİLƏNİB-2

AÇ: Azərbaycan güləşçiləri bir gümüş, iki bürünc medal qazanıblar - VİDEO - YENİLƏNİB-2

13-04-2019 21:30 - Report.az - İdman
İkinci təsəlliverici görüşdə yerli idmançıyla qarşılaşan yığma üzvü hakimlərin qərəzli idarəçiliyi fonunda xalçadan məğlub ayrılıb.55 kqTəsnifat - Eldəniz Əzizli - Sebastyan Kolompar (SRB) 9:01/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (GEO) 9:01/2 final - Eldəniz Əzizli - Vitaliy Kabaloev (RUS) 5:7Bürünc medal görüşü - Eldəniz Əzizli - Şerif Kılıc (TUR) 8:063 kqTəsnifat - Taleh Məmmədov - Donior İslamov (MDA) 8:31/4 final - Taleh Məmmədov - Mihay Radu Mihut (ROU) 8:71/2 final - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:5Bürünc medal görüşü - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) - 6:277 kqTəsnifat - Elvin Mürsəliyev - Roland Şvarts (GER) 0:6Təsəlliverici görüş - Elvin Mürsəliyev - Arsen Culfalakyan (ARM) 1:287 kqTəsnifat - İslam Abbasov - Denis Kudla (GER) *1:11/8 final - İslam Abbasov - David Çakvetadze (RUS) 2:11/4 final - İslam Abbasov - Maksim Manukyan (ARM) 6:11/2 final - İslam Abbasov - Nikolay Stadub (BLR) 4:0FİNAL - İslam Abbasov - Jan Belenyuk (UKR)130 kqTəsnifat - Sabah Şəriəti - Stepan David (CZE) 7:11/8 final - Sabah Şəriəti - Rza Kayaalp (TUR) 0:5Təsəlliverici görüş - Sabah Şəriəti - Ante Milkoviç (CRO) 10:2Təsəlliverici görüş - Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (ROU) 0:2 ***14:56Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Moderator.az digər xəbərlər