Azərbaycanlı futbolçu üçün Şotlandiya nəhəngləri üz-üzə - Cerrard da Bəhlulu istəyir

Azərbaycanlı futbolçu üçün Şotlandiya nəhəngləri üz-üzə - Cerrard da Bəhlulu istəyir

Şotlandiyanın "Seltik" klubunun maraq dairəsinə düşdüyü iddia edilən "Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadə ilə bağlı Böyük Britaniya mətbuatında daha bir iddia ortaya atılıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Şotlandiyanın digər klubu "Reyncers" də Azərbaycan millisinin üzvüylə maraqlanmağa başlayıb. "Liverpul"un əfsanəsi Stiven Cerrardın baş məşqçi olduğu komanda 22 yaşlı mərkəz müdafiəçini əzəli rəqibi "Seltik"dən "oğurlamaq" fikrindədir.

bərdə "Qəbələ"də çıxış etmiş Endi HallideyinBəhlulu "Reyncers"ə keçməyə razı salmağa çalışacağı da vurğulanıb.

Bəhlul Mustafazadə "Qəbələ"nin yetirməsidir. O, cari mövsüm Premyer Liqada 21 oyun (1737 dəqiqə) keçirib.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Bəhlul Mustafazadə , Stiven Cerrard , Azərbaycan Xəbərləri Class , Qəbələ Xəbərləri Class , Azərbaycan , Böyük Britaniya , Qəbələ , Liverpul
İdman xəbərləri
Metbuat.az digər xəbərlər