Azərbaycanlı model amerikalı pilota ərə gedib

Azərbaycanlı model amerikalı pilota ərə gedib

O, ABŞ-da aerobatika məşğələləri zamanı özünün gələcək həyat yoldaşı ilə tanış olub

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Barbi gəlinciyi" ləqəbi ilə məşhur olan azərbaycanlı model Sima Şərafətdinova amerikalı pilota ərə gedib. Sputnik Azərbaycan-ın məlumatına görə, qız toy şəkillərini özünün "Instagram"dakı rəsmi səhifəsində paylaşıb.

Model ötən payızda yaşamaq üçün Los Ancelesə köçüb. O, burada aerobatika məşğələləri zamanı özünün gələcək həyat yoldaşı ilə tanış olub. Cütlük 2019-cu ilin yanvarında ailə həyatı qurub.

Lakin Şərafətdinova xeyli müddət bu xəbəri ictimaiyyətdən gizli saxlayıb. Bu günlərdə isə, o, sosial şəbəkələrdə ailə vəziyyəti ilə bağlı statusunun dəyişdiyini bildirmək qərarına gəlib və ailə vəziyyəti bölməsinə "evli" olduğunu qeyd edib.

Xatırladaq ki, model hazırda ABŞ-da keçiriləcək aerobatika üzrə çempionata hazırlaşır.

Sima Şərafətdinova öz model karyerasına 15 yaşında başlayıb və yerli model müsabiqələrinin birində "Azərbaycan gözəli" seçilib. O, Türkiyə telekanallarından birinin "İşte benim stilim" moda layihəsində iştirak edəndən sonra məşhurlaşıb.

İxtisasca kompüter mühəndisi olan Sima altı dildə danışır. Model uzun müddət Türkiyədə yaşayıb.

Açar sözlər
Kəmalə Əliyeva , Sima Şərafətdin , Instagram , Türkiyə , Azərbaycan , Abş
Mədəniyyət xəbərləri
Dövlət İmtahan Mərkəzi imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi imtahanlar keçirəcək

24-04-2019 12:43 - Xezerxeber.az - Mədəniyyət
DİM tərəfindən 2019-cu il aprelin 28-də: – ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – Azərbaycan və rus dilləri istisna olmaqla tədrisin digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları; – üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Sputnik.az digər xəbərlər