Azərbaycanlı oliqarxın oğlu məşhur rus müğənnini DÖYDÜ

Azərbaycanlı oliqarxın oğlu məşhur rus müğənnini DÖYDÜ

Rusiyanın tanınmış "Faktor-2” qrupunun solisti İlya Podstrelov "Instagram"da video paylaşaraq bir nəfər tərəfindən hücuma məruz qaldığını bildirib.


"Qafqazinfo xəbər verir ki, müğənninin sosial şəbəkədə yerləşdirdiyi videoda naməlum şəxsin ona zərbələr endirdiyi görünür.


Əksər Rusiya KİV-ləri iddia edib ki, İlyanı döyən şəxs qondarma Donetsk Xalq Demokratik Respublikasında Azərbaycan diasporunun keçmiş rəhbəri Malik Pirverdiyevin oğlu Camal (Coni) Pirverdiyevdir.


Lakin "Life.ru” saytı araşdırma apararaq hücum edən şəxsin Camal yox, Ceyhun Pirverdiyev olduğunu müəyyənləşdirib. Ceyhun azərbaycanlı biznesmen, stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğludur. O, bloqqer və müğənnilik peşəsi ilə məşğuldur.


İddia olunur ki, Ceyhun qrup üzvünün çıxış etdiyi restoranda dostu ilə nahar edib. Bu zaman İlya həmkarı Jerri ilə birgə qadına şiddəti təbliğ edən mahnı səsləndirib. Bu, oliqarx oğlunun xoşuna gəlməyib və ifaçının səhnə çıxışından sonra otağına gedərək onu döyüb.


Qeyd olunub ki, davada Ceyhunun özü də zədə alıb. İlya isə qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır.


Mədəniyyət xəbərləri
Panorama.az digər xəbərlər
Müdafiə Nazirliyi: Tonoyanın başqa heç bir əlacı qalmayıb

Müdafiə Nazirliyi: Tonoyanın başqa heç bir əlacı qalmayıb

01-04-2019 16:13 - Panorama.az - Siyasət
Az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan mətbuatında guya Azərbaycan Ordusunda neqativ halların mövcud olması ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.
 
 
 V.Dərgahlı bildirib ki, vaxtilə erməni ordusuna bel, kürək və digər ləvazimatların alınması üçün ondan-bundan maliyyə vəsaiti toplayan, indi isə bu məharətini ABŞ-dakı erməni diasporundan pul dilənməkdə peşəkarcasına nümayiş etdirən müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusuna qarşı çıxış etməkdən başqa heç bir əlacı qalmayıb:
 
 
 "Erməni tərəfi öz əlaltıları, ölkəmizdən xaricdə yaşayan bəzi üzdəniraq "hərbi ekspertlər”in qərəzli və həqiqətə uyğun olmayan çıxışlarına istinadən Azərbaycan əsgəri, Ordumuzda həyata keçirilən islahatlar, o cümlədən ali rütbəli hərbi qulluqçularımız barəsində qarayaxma kompaniyasını aktivləşdirməklə onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir.
 
 
 Heç bir real fakta əsaslanmayan, ümumi sözlərlə ifadə olunan xəbərləri yayanların məqsədi güclü Ordumuza və onun vətənpərvər şəxsi heyətinə qarşı Azərbaycan cəmiyyətində inamsızlıq hisslərinin formalaşdırılmasına cəhd etməkdir.
 
 
 Biz bu kimi xəbərləri qəti surətdə təkzib edir, onları qərəzli hesab edir və düşmən təbliğatının tərkib hissəsi kimi dəyərləndiririk.