Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, təmsilçimiz 49 kq çəki dərəcəsində ən yaxşı nəticəni göstərib. O, 140 kq çəkini qaldıraraq birinci yerə layiq görülüb.

Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı idmançı Slavomir Symanski ilə qazanıb. Səudiyyə Ərəbistanından olan Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yeri tutub.

Bu qələbə Pərvin Məmmədovun Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.

loading...

İdman xəbərləri
Pia.az digər xəbərlər
ABŞ “F-35″ləri ilə bağlı daha bir qalmaqallı iddia

ABŞ “F-35″ləri ilə bağlı daha bir qalmaqallı iddia

26-04-2019 15:39 - Pia.az - Siyasət
“İnformasiyalar artıq rusların əlinə keçib″Sərdar Turqut,“Habertürk”ün Vaşinqton təmsilçisi, 16 aprel 2019-cu ilBu günədək Türkiyə ilə keçirilən görüşlərdə ABŞ hakimiyyətinin davranışı heç dəyişməyib, həmişə eyni sözlərlə ortaya qoyulub:– F-35-lər də, S-400-lər də, əslində, son dərəcə inkişaf etdirilmiş kompüter sistemləridir;– bu iki sistemin bir-birinə yaxın bir bölgədə birlikdə olması nəticədə həssas informasiyaların bir sistemdən digərinə ötürülməsinə yol açar;– S-400 raket sistemləri, təməl olaraq, ruslar tərəfindən F-35-lərin müdafiə sistemlərini “dəlmək” və ona qarşı təsirli şəkildə istifadə etmək üçün hazırlanıb;– biz buna görə Türkiyənin S-400 almasına qarşıyıq, onlar F-35-lərlə eyni anda ölkənizdə olarsa, bu durum F-35-ləri tamamilə müdafiəsiz buraxacaq və informasiyaların rusların əlinə keçməsinə yol açacaq;– əgər Türkiyə, dediyi kimi, S-400 raketlərini alarsa, bu üzdən ABŞ-ın ona F-35-ləri verməsinə qətiyyən imkan yoxdur. Suriyadakı rus hərbi bazalarıBugünkü iqtidara yaxın hərbçilərdən fərqli olaraq, dürüst olan xəbər qaynağım önündəki qeyd dəftərinə bir böyük dairə cızaraq sözlərinə davam etdi və dedi ki, bu dairənin radiusunu 250 km olaraq düşün, sonra da bu böyük dairənin mərkəzini bölgənizdəki hər hansı bir nöqtəyə yerləşdir.