Azərbaycanlı rejissor dayanacaqda öldü

Azərbaycanlı rejissor dayanacaqda öldü

Rejissor Rövşən Almuradlı dayanacaqda qəflətən dünyasını dəyişib.


AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıt şəhərinin Sahil küçəsində dayanacaqda avtobus gözləyən sənətçinin qəflətən vəziyyəti pisləşib.


Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.


Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.


Qeyd edək ki, 1954-cü il təvəllüdlü Rövşən Almuradlı "Cavad xan”, "Kleopatra”, "Padarçöl”, "Qudyalçay”, "Qobustan” kimi filmlərin müəllifidir.


Açar sözlər
Rövşən Almuradlı , Qobustan , Sahil Küçəsi , Sumqayıt
Hadisə xəbərləri
Qarabağda əsgərlərimizlə erməni ordusu arasında şiddətli döyüş: düşmən itki verir

Qarabağda əsgərlərimizlə erməni ordusu arasında şiddətli döyüş: düşmən itki verir

02-04-2019 09:49 - Baku.ws - Hadisə
Müdafiə Nazirliyi cəbhədəki vəziyyət haqda məlumat yayıb.   Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib.   Qeyd edək ki, erməni mətbuatı ötən gün təmas xəttində snayper atəşi ilə 19 yaşlı sıravi əsgər Vladimir Melkonyanın öldürüldüyünü yazıb.
Azxeber.com digər xəbərlər