Azərbaycanlı samboçu erməniyə belə qalib gəldi - VİDEO

Azərbaycanlı samboçu erməniyə belə qalib gəldi - VİDEO

Kiprin Limasol şəhərində keçirilən sambo üzrə yeniyetmə və gənclərin Avropa çempionatı başa çatıb.


Azərbaycan dörd bürünc medal qazanıb.


Belə ki, yeniyetmələrdə Vilayət Bayramov (-62 kq), Mehman Mehdizadə (-57 kq), gənclərdə isə Sahib Babayev (-48 kq) və Toğrul Salmanov (+87 kq) üçüncü yerə çıxıb.


Azərbaycan samboçularından Röyal Rüstəmov (-65 kq) medal qazana bilməsə də, 1/4 finalda Ermənistan idmançısı Arsen Avedisyana 2:0 hesabı ilə qalib gəlib. Həmin görüşün videosunu təqdim edirik. (oxu.az)

İdman xəbərləri
Regionxeberleri.com digər xəbərlər