Azərbaycanlı səfir: "Belarusa neft tədarükündə kömək etməyə hazırıq”

Azərbaycanlı səfir:  "Belarusa neft tədarükündə kömək etməyə hazırıq”

"Rəsmi Bakı neft tədarükü məsələsində müraciət etdiyi halda Minskə kömək etməyə hazır olacaq".

Metbuat.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Azərbaycandan Belarusa neft tədarükü imkanlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Belarusa bu məsələdə kömək etməsində heç bir maneə yoxdur: “Ən çətin zamanlarda bizim xalqlarımız bir-birinə kömək edib və bu, bizi birləşdirir. Biz hər zaman dostumuza dayaq oluruq. Ehtiyac yaranarsa, Azərbaycan ləyaqətlə öz qardaşlıq borcunu yerinə yetirəcək”, - səfir bildirib.

O əlavə edib ki, bununla yanaşı, Azərbaycandan Belarusa neftin nəqlinin çətinliklərini də nəzərə alınmalıdır və enerji resurslarının ciddi bahalaşmasına gətirib çıxarmayacaq ən optimal həll yollarını axtarıb tapmaq lazımdır: “Burada nəqletmənin marşrutlarından başqa heç bir sual yoxdur ki, bu da neftin nəql edilməsinin qiymətinə ciddi təsir edir”.

O güman edib ki, tədarük Qara dəniz limanları vasitəsilə mümkün ola bilər.

Səfir iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının böyük potensialının olduğunu da qeyd edib: “Belarus Avropanın mərkəzində yerləşir. Yəni, bizim üçün Avropa bazarı açılır. Azərbaycan isə ön Şərqdə yerləşir ki, o da Belarus üçün Yaxın Şərqin bazarlarını açmış olur”.

Xatırladaq ki, Belarus 2019-cu ilin sonuna qədər Rusiya neftinə alternativ olan idxala başlamağı planlaşdırır. Tədarük Baltikyani və Ukrayna limanlarından həyata keçirilə bilər. Belarus neft emalı zavodları Azərbaycan, Səudiyyə ƏrəbistanıNigeriyadan gətirilən 18 növ nefti emal etməyə hazırdırlar.

"Böyrəyimi ehtiyacdan satıram" – Paytaxtda qanunsuz orqan satışı – VİDEO – FOTO

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Rusiya Xəbərləri Class , Belarus Xəbərləri Class , Bakı Xəbərləri Class , Azərbaycan Xəbərləri Class , Ukrayna Xəbərləri Class , Səudiyyə Ərəbistanı Xəbərləri Class , Ukrayna , Minsk , Səudiyyə Ərəbistanı , Bakı , Rusiya , Azərbaycan
İKT xəbərləri
Metbuat.az digər xəbərlər