Azərbaycanlılar Gürcüstanda etiraz aksiyası keçirib - Səbəb + FOTO

Azərbaycanlılar Gürcüstanda etiraz aksiyası keçirib - Səbəb + FOTO
10 May 2019 [13:46]

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda etiraz aksiyası keçirilib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları Qardabani rayonunda fəaliyyət göstərən spirt zavodunun xoşagəlməz iyindən narahatlıqlarını bildiriblər.

Zavod ətrafında yerləşən kəndlərin sakinlərinin sözlərinə görə, bu məsələ ilə bağlı rayonun aidiyyatı orqanlarına dəfələrlə müraciət etsələr də, bu günə qədər heç bir addım atılmayıb.

Problem aradan qaldırılmayana qədər Qardabani sakinləri etiraz aksiyalarını davam etdirəcəklərini deyiblər.

Qardabani rayon bələdiyyəsinin sədr müaviniRəfi Orucov"Report”a açıqlamasında bildirib ki, zavodun məxsus olduğu şirkətin rəhbərliyi iləproblemin aradan qaldırılması ilə bağlı görüş keçirilib: "Görüşdə yerli sakinlər də iştirak ediblər. Bu ayın sonuna qədər problemin həll olunması ilə bağlı razılıq əldə olunub”.

Siyasət xəbərləri
Mia.az digər xəbərlər