Azərbaycanlıların kompakt yaşadıqları Laqodexi rayonunun Qabal kəndində polislə vətəndaşlar arasında qarşıdurma yaranıb - VİDEO


Azərbaycanlıların kompakt yaşadıqları Laqodexi rayonunun Qabal kəndində polislə vətəndaşlar arasında qarşıdurma yaranıb - VİDEO

12 dəfə oxunub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Laqodexi rayonunun Qabal kəndində polislə vətəndaşlar arasında qarşıdurma yaranıb.

ATV.az xəbər verir ki, baş verən sözlü qarşıdurmadan sonra polis 3 nəfəri həbs edib. Onu da bildirək ki, hadisənin polisin günahsız yerə avtomobili saxlamasından sonra baş verdiyi deyilir. Sakinlər son zamanlar bu kimi hadisələrin tez tez baş veridiyini bildirirlər. Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovda hadisə baş verən əraziyə baş çəkib yaranan vəziyyətin aradan qaldırlması üçün sakinlərlə görüşüb.

Nadir Almazoğlu

ATV.az

Hadisə xəbərləri
Atv.az digər xəbərlər