Azərbaycanlıların müqəddəs yerləri ziyarət qaydaları dəyişir - BUNDAN SONRA...

Azərbaycanlıların müqəddəs yerləri ziyarət qaydaları dəyişir - BUNDAN SONRA...

Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərinin təşkili qanunvericiliklə tənzimlənəcək.

Publika.az bildirir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, bununla bağlı təkliflər irəli sürülüb: “Təkliflər arasında qiymət, otelə yerləşmə, yaradılan şəraitin formaları məsələsi əksini tapıb. Bilirsiniz ki, Azərbaycan vətəndaşları hər il xarici ölkələrdə müqəddəs yerləri ziyarət etmək üçün gedirlər. Onlar oradan necə qayıdır, əsas məsələ budur... Yəni müxtəlif qruplar bu səfərləri təşkil edir. Təşkilatçılar onları necə aparırlar, ziyarətçilər orada kimlərlə təmasda olurlar, beyinlərinə nə doldururlar, ziyarətdən başqa nə ilə məşğul olurlar? Həmin səfərin iştirakçılarının özləri də bildiriblər ki, orada onlara müxtəlif təkliflər edilib. Burada yalnız müsəlman ziyarətgahlarından söhbət getmir. Tutaq ki, kimsə xarici ölkəyə turistik səfər edirsə, bu, başqa məsələdir. Müqəddəs yerlərə ziyarətə getmə isə tamam başqa məsələdir. Müəyyən problemlər var, bununla əlaqədar addımlar atılacaq. Yəqin ki, yeni qanun qəbul ediləcək. “Turizm haqqında” qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulur”.

S.Novruzov qeyd edib ki, bu məsələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və aidiyyəti olan digər dövlət qurumları ilə müzakirə ediləcək.

Açar sözlər
Siyavuş Novruzov , Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsi , Yeni Azərbaycan Partiyası , Qafqaz Müsəlmanları Idarəsi , Milli Məclisin Ictimai Birliklər Və Dini Qurumlar Komitəsi , Azərbaycan , Milli Məclis
Siyasət xəbərləri
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək FOTO

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək FOTO

26-04-2019 12:00 - Sia.az - Siyasət
2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 29-30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):



Reysin nömrəsi

Marşrut

Bakıdan uçuş

Təyinat məntəqəsinə gəliş

Təyinat məntəqəsindən uçuş

Bakıya gəliş



J2-003/004

Bakı-Ankara-Bakı

20:00

21:30

22:30

01:50+



J2-011/012

Bakı-Dubay-Bakı

04:50

07:45

10:10

13:10



J2-026

Antalya-Bakı
 

16:00

19:50



J2-076

İstanbul (IST)-Bakı
 

16:30

20:15



J2-9683/9684

Kiyev (IEV)-Bakı(Buta Airways)
 

16:10

20:30



J2-9575/9576

Bakı-Kazan- Bakı(Buta Airways)

20:00

21:50

22:50

02:50+



J2-9717/9718

Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways)

21:00

21:40

22:40

01:05+



J2-809/810

Bakı-Moskva (VKO)-Bakı

Reyslər ləğv edilmişdir



J2-079/080

Bakı - İstanbul-Bakı

Reyslər ləğv edilmişdir



J2-852/851

Bakı- Moskva (DME)- Bakı

Reyslər ləğv edilmişdir



J2-255

Bakı-Naxçıvan

Reys ləğv edilmişdir



J2-254

Naxçıvan- Bakı

Reys ləğv edilmişdir




30 may (yerli vaxt göstərilmişdir):





Reysin nömrəsi

Marşrut

Bakıdan uçuş

Təyinat məntəqəsinə gəliş

Təyinat məntəqəsindən uçuş

Bakıya gəliş



J2-011/012

Bakı-Dubay-Bakı

12:40

15:35

16:45

19:45



J2-827

Bakı-Moskva (VKO)

02:45

05:00
 



J2-852/851

Bakı- Moskva (DME)- Bakı

11:40

13:50

14:50

18:40



J2-9111/9112

Bakı-Alanya-Bakı(Buta Airways)

12:30

14:30

15:30

19:20



J2-9685/9686

Bakı-Odessa-Bakı(Buta Airways)

12:15

14:40

15:40

19:40



J2-239

Bakı–Gəncə

Reys mayın 29-na keçirilmişdiruçuş: 08:00, eniş: 09:00



J2-021/322

Bakı –Təl-Əviv –Bakı

Reyslər ləğv edilmişdir



J2-075/076

Bakı – İstanbul (IST)-Bakı

Reyslər ləğv edilmişdir



J2-9103/9104

Bakı – İstanbul (SAW)-Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-9223/9224

Bakı-Tbilisi-Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-9017/9018

Bakı -Tehran - Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-251

Bakı-Naxçıvan

Reys ləğv edilmişdir



J2-258

Naxçıvan-Bakı

Reys ləğv edilmişdir





Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Publika.az digər xəbərlər