Azercell ilə dünyanı daha yaxşı görün

Azercell ilə dünyanı daha yaxşı görün

Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan "Mobil Göz Klinikası” Azercell-in dəstəyi ilə fəaliyyətini davam etdirir. Bakıda bir çox internat məktəblərinə, uşaq evlərinə, bölgələrdə məcburi köçkün ailələrinin məskunlaşdığı ərazilərə səfər edən klinika növbəti ödənişsiz göz müayinələrini Şirvan şəhər İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzində təşkil edib. Səfər çərçivəsində 30 uşaq müayinədən keçib.
Şirkətin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, klinikanın növbəti səfəri Qaradağ rayonuna təşkil edilib. Səfər zamanı Ümid qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrinin uşaqları klinikanın həkimləri tərəfindən müayinə olunub. 39 uşaq müayinədən keçib, onlara lazımi müalicələr təyin edilib, eynəklər paylanılıb. Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri "Azercell Telekom” MMC-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Təşkil olunan müayinələrdən uşaqlarla yanaşı aztəminatlı ailələr, məcburi köçkünlər və ahıllar da yararlanır.
Ölkənin telekommunikasiya sahəsinin lideri Azercell sosial təşəbbüsləri və layihələri dəstəkləyən bir şirkət olaraq tanınır. Vurğulamaq istərdik ki, fəaliyyəti boyunca şirkət sosial layihələrə 19 milyon ABŞ dolları dəyərində sərmayə yatırıb.

İKT xəbərləri
Azxeber.com digər xəbərlər
Harda aş-orda baş

Harda aş-orda baş

08-05-2019 13:48 - Azxeber.com - Siyasət
Hesabatdan aydın olurdu ki, Afrikada yüz minlərlə azyaşlıların əməyindən mədən sənayesi və qanunsuz qazıntılarda istifadə ilə istismar olunurmuş.


Ümumiyyətlə, heç kimə sirr deyil ki, üçüncü dünya coğrafiyası adlandırdığımız Afrika qitəsində " həyatın və sənayenin bütün spektrləri üzrə " istismar olunmaq afrikalı azyaşlıların sərt həyatlarının bir hissəsidir.


Bu hesabatda mənim diqqətimi çəkən iki ayrı məqam var idi:


· Birincisi, istismar faktlarınin ancaq mədən sənayesini əhatə etməsi ;


· İkincisi və ən əsası, Afrikanın 54 dövlətinin 30-a yaxının mədən sənayesinə malik olduğu halda bu dövlətlərindən ancaq bir neçəsinin adının keçməsi...


Hesabatın əsas yükü , Konqo Demokratik Respublikasında mədən sənayesində azyaşlıların əməyinin istismarına həsr olunur, belə ki, hesabata görə bu ölkədə hər il 40 mindən çox azyaşlı mədən sənayesində çalışırmış.


Konkret olaraq hesabatda haqqında danışılan 100 minə yaxın azyaşlıdan 40 mindən çox azyaşlı Konqo Demokratik Respublikasında kobaltın əldə olunması üçün mədənlərdə və qanunsuz qazıntılarda çalışırmışlar.


UNİCEF in bu hesabatında Afrika üzrə tərtibatçı, Konqoya dair belə dəhşətli göstəricilərin müəllifi Azərbaycanda diqqətli siyasət izləyicilərinə tanış olan , bütün dünyada mədən sənayesi ölkələri üzrə "azadlıq dərəcəsinin” tənqidçisi rolunda ixtisaslaşmış "Amnesty İnternational” idi.


İnsaf naminə demək lazımdır ki, UNİCEF bu hesabatın sonunda bir az qərəzsiz və tərəfsiz görsənmək üçün Konqoda azyaşlıların mədən sənayesində gündəlik xərclər və ən əsası təhsil qazanmaq üçün çalışmaları haqqında bir qeyd də etmişdir.


Bütün Afrika üçün xarakterik olan azyaşlıların əməyinin istismarı və bu faktın "qara qitə”nin 30-a yaxın ölkəsinin mədən sənayesinə mövcudluğuna rəğmən UNİCEF in hesabatında ancaq Konqonun kobalt sənayesinin hallanması və bunun ardınca bu ölkəyə başlanan basqılar və bu basqıların nəticəsi haqqında yazmaq istəyirəm.


Planetimizdə ehtiyatının tən yarısı Konqonun payına düşən kobaltın dünya iqtisadiyyatında mövcud yerinə gəlincə, 2000- ci illərə qədər bərk mineral maddə kimi müxtəlif sənaye, elmi , tibbi sahədə geniş istifadə olunmuş, 2000-ci illərdən sonra isə cib telefonların , smart qurğuların , noutbuklar və digər yüksək İT avadanlıqlarnın və ən əsası da elektriklə işləyən maşınların batareyasının istehsalında strateji xammal kimi istifadə olunur.


Kobaltın dünya iqtisadiyyatında gələcək mövqeyi haqqında oxucularımızda aydın təsəvvür yaransın deyə qeyd edim ki , G-20 dövlətləri artıq 2020-ci ilin ortalarından ekoloji məqsədlərlə ənənəvi daxili yanma mühərrikləri olan avtomobillərdən qanunvericilik səviyyəsində imtina edəcəkləri haqqında sazişi imzalamışlar.


Bu isə ənənəvi daxili yanma mühərrikinə malik maşınların yaxın gələcəkdə tarixə qovuşacağı, yerini ekoloji təmiz , batareyalı elektrikli nəqliyyat vasitələrinə ötürəcəyi anlamına gəlir .