“Azeri Light”ın bir barreli 76,71 dollara satılır

“Azeri Light”ın bir barreli 76,71 dollara satılır

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar ucuzlaşaraq 76,71 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

AZERTAG.AZ :“Azeri Light”ın bir barreli 76,71 dollara satılır

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər