“Azərsu” ASC-nin rəhbərliyi vətəndaşları qəbul edəcək

“Azərsu” ASC-nin rəhbərliyi vətəndaşları qəbul edəcək

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov mayın 17-də Beyləqan şəhərində vətəndaşları qəbul edəcək. "OLAYLAR"-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, qəbulda Beyləqan və Xocavənd rayonundan olan sakinlər iştirak edəcək. Səhmdar Cəmiyyətin sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək. Qəbullar Beyləqan, Füzuli və İmişli Sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbulda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Beyləqan, Füzuli və İmişli sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə "Azərsu" ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər