Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
11-04-2021 05:41
- Azertag.az - Siyasət
Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının martın 19-da keçirilən iclasında təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə universitetin strukturunda “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin (TVİM) yaradılmasına dair qərar qəbul edilib. Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli, vətənpərvər vətəndaş kimi yetişdirilməsi işinə davamlı surətdə töhfə verməyi hədəfləyən TVİM-in başlıca vəzifələri qəhrəman şəhid və qazilərimizin gənc nəsilə tanıdılması, onların göstərdikləri şücaətlərin təbliğ edilməsidir.