AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

 AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom MMC-nin baş sponsorluğu ilə keçirilmiş Mill Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.

Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən Xeberler.az-a verilən məlumata əsasən, AzerTelecom bu il Azərbaycan İnternet Forumu tərəfindən təşkil olunmuş sayca 9-cu MilliNet 2017 tədbirinə Baş sponsorluq edib.

Şirkətdən bildirilib ki, MilliNet tədbiri artıq ənənəvi olaraq keçirilən və ölkədə ən yaxşı milli internet resursları üzə çıxartmaq və tanıtmaq, bu resursları qiymətləndirmək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək istiqamətində reallaşan layihədir və ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkət olan AzerTelecom MMC bu tip layihələrin inkişafı və uğurlu şəkildə reallaşmasında maraqlıdır.

Tədbirdə çıxış edən AzerTelecom MMC-nin Kommersiya məsələləri üzrə Baş direktoru Ləman Abasbəyli bildirib ki, AzerTelecom şirkəti İKT sahəsində maarifləndirici, cəmiyyətin və İKT sahəsinin inkişafına dəstək verən Milli Net kimi əhəmiyyətli platformaların ümumi inkişafa töhfə verəcəyinə inanır.

AzerTelecom 2008-ci ildən ölkənin telekommunikasiya sahəsində fəaliyyət göstərir və gələn il şirkətin 10 illik yubileyi qeyd olunacaq. Bu 10 il ərzində şirkət Azərbaycanda İKT sahəsinin ayrılmaz hissəsinə çevrilib, ölkənin yüksək keyfiyyətli və yüksəksürətli internet xidməti ilə təmini istiqamətində əhəmiyyətli işlər görüb.

“AzerTelecom MMC İKT məkanının davamlı inkişafı, cəmiyyətdə informasiya texnologiyalarının tətbiqi, milli resursları tanıdan, cəmiyyətin təhsil şüurunu inkişaf etdirən layihələri hər zaman dəstəkləyir və bu prinsiplərə sadiq olaraq fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir” - deyə Ləman Abasbəyli qeyd edib.

Mükafatlandırma mərasimində ölkənin internet ictimaiyyətinin, bir sıra dövlət orqanlarının, ölkənin İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin, təhsil müəssisələrinin və media qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən digər şəxslər də MilliNet tədbirinin əhəmiyyətini vurğulayaraq ölkədə İKT sektorunun inkişafından bəhs ediblər.

Xeberler.az

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər
 Milli İnternet Mükafatının qalibləri-Foto

Milli İnternet Mükafatının qalibləri-Foto

21-12-2017 15:44 - Xeberler.az - İqtisadiyyat
Ötən gün Boulevard Hoteldə Milli İnternet Mükafatı - MilliNet 2017 qaliblərinin yekun təqdimat mərasimi keçirilib.
Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində artıq 9-cı il keçirilən MilliNet 2017 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.
Təqdimat mərasimində MilliNet Təşkilat Komitəsi adından AİF- in prezidentiOsman Gündüzçıxış edərək Milli İnternet Mükafatı və Müsabiqə çərçivəsində görülmüş işlər haqda məlumat verib.

O, MilliNet 2017-da 18 Nominasiya üzrə 392internet resurs təqdim olunduğunu və onlardan yalnız 291 saytın yarışmaya buraxıldığını bildirib.
Osman Gündüz Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan23 nəfərlik Münsiflər Heyətindən 19-nun səsvermədə iştirak etdiyini bildirib.
Münsiflər Heyəti 2-ci səsvermə prosesində 96 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib.
Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Nəqliyyat, Rabitə və Yüksək TexnologiyalarNazirliyinə, baş sponsorAzerTelecom, sponsorlar Lenovo,BestComp,NOVA,NEURON,İnnovasiya Mərkəzi, Yellovə PreMarkşirkətlərinə minnətdarlığını bildirib.
O, 3 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətəçatdırıb.
Təqdimat mərasiminin açılışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədovçıxış edərək Azərbaycan internetinin, İKT-nin inkişafında MilliNet yarışmasının önəmli rol oynadığını diqqətə çatdırıb.
O, internetin inkişafı ilə bağlı atılan addımların NRYTN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb.

Tahir Məmmədov son zamanlarda bu sahədə əldə olunan uğurlara diqqət yönəldib və yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində NRYTN tərəfindən daha ciddi addımların atılacağını da diqqətə çatdırıb.
Təqdimat mərasimində baş sponsor AzerTelecom şirkətinin kommersiya üzrə direktoru Ləman Abbasbəyliçıxış edərək MilliNet müsabiqəsinin ölkədə İnternetin, bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Direktortəmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq AzerTelecom şirkətinin gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.
Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara mükafatların, diplomların və hədiyyələrin təqdim edilməsinə start verilib.

Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, MilliNet təşkilatçıları iştirak edib.
Onlar çıxış edərək MilliNet-in Azərbaycan İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqlarını bildirib.
 Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
 AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

21-12-2017 10:29 - Xeberler.az - İqtisadiyyat
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom MMC-nin baş sponsorluğu ilə keçirilmiş Mill Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.
Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən Xeberler.az-a verilən məlumata əsasən, AzerTelecom bu il Azərbaycan İnternet Forumu tərəfindən təşkil olunmuş sayca 9-cu MilliNet 2017 tədbirinə Baş sponsorluq edib.
Şirkətdən bildirilib ki, MilliNet tədbiri artıq ənənəvi olaraq keçirilən və ölkədə ən yaxşı milli internet resursları üzə çıxartmaq və tanıtmaq, bu resursları qiymətləndirmək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək istiqamətində reallaşan layihədir və ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkət olan AzerTelecom MMC bu tip layihələrin inkişafı və uğurlu şəkildə reallaşmasında maraqlıdır.
Tədbirdə çıxış edən AzerTelecom MMC-nin Kommersiya məsələləri üzrə Baş direktoru Ləman Abasbəyli bildirib ki, AzerTelecom şirkəti İKT sahəsində maarifləndirici, cəmiyyətin və İKT sahəsinin inkişafına dəstək verən Milli Net kimi əhəmiyyətli platformaların ümumi inkişafa töhfə verəcəyinə inanır.

AzerTelecom 2008-ci ildən ölkənin telekommunikasiya sahəsində fəaliyyət göstərir və gələn il şirkətin 10 illik yubileyi qeyd olunacaq.
 Milli İnternet Mükafatının qalibləri-Foto

Milli İnternet Mükafatının qalibləri-Foto

21-12-2017 08:51 - Xeberler.az - İqtisadiyyat
Ötən gün Boulevard Hoteldə Milli İnternet Mükafatı - MilliNet 2017 qaliblərinin yekun təqdimat mərasimi keçirilib.
Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində artıq 9-cı il keçirilən MilliNet 2017 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.
Təqdimat mərasimində MilliNet Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı və Müsabiqə çərçivəsində görülmüş işlər haqda məlumat verib.

O, MilliNet 2017-da 18 Nominasiya üzrə 392 internet resurs təqdim olunduğunu və onlardan yalnız 291 saytın yarışmaya buraxıldığını bildirib.
Osman Gündüz Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 23 nəfərlik Münsiflər Heyətindən 19-nun səsvermədə iştirak etdiyini bildirib.
Münsiflər Heyəti 2-ci səsvermə prosesində 96 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib.
Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, baş sponsor AzerTelecom, sponsorlar Lenovo, BestComp, NOVA, NEURON, İnnovasiya Mərkəzi, Yello və PreMark şirkətlərinə minnətdarlığını bildirib.
O, 3 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasiminin açılışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov çıxış edərək Azərbaycan internetinin, İKT-nin inkişafında MilliNet yarışmasının önəmli rol oynadığını diqqətə çatdırıb.
O, internetin inkişafı ilə bağlı atılan addımların NRYTN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb.

Tahir Məmmədov son zamanlarda bu sahədə əldə olunan uğurlara diqqət yönəldib və yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində NRYTN tərəfindən daha ciddi addımların atılacağını da diqqətə çatdırıb.
Təqdimat mərasimində baş sponsor AzerTelecom şirkətinin kommersiya üzrə direktoru Ləman Abbasbəyli çıxış edərək MilliNet müsabiqəsinin ölkədə İnternetin, bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Direktor təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq AzerTelecom şirkətinin gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.