Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

 Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin aprel sayı təqdim olunub.

Xeberler.az bildirir ki, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin I rübü ərzində qeyri-neft sektoru üzrə ixrac 356,4 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 35 faiz artıb. Cari ilin yanvar-mart ayları ərzində Rusiyaya 98,7 milyon, Türkiyəyə 97,6 milyon, İsveçrəyə 33,8 milyon, Gürcüstana 31,8 milyon və Çinə 11,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Göstərilib ki, 2018-ci ilin I rübündə Azərkosmos ASC tərəfindən dünyanın 18 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk 3 ayında Azərkosmos ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 3,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Azərkosmos ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib.

Azərkosmos ASC-nin 2018-ci ilin I rübündə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-mart ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin I rübündə 185,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. Cari ilin mart ayı ərzində Azexport.az portalına 66,5 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 mart tarixinə kimi Azexport.az portalına dünyanın 90 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 660,6 milyon ABŞ dolları təşkil edib.

Xeberler.az

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər