"Azercell"in Mobil Göz və Mobil Diş Klinikaları yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib!
16-01-2021 22:23
- Azpolitika.info - İqtisadiyyat
Noyabr ayının 24-ü klinika məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsinə səfər edib.“Azercell Telekom” MMC, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə həyata keçən sosial aksiya zamanı Azercell-in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirib, görmə qabiliyyəti zəif olan vətəndaşlara isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etdiyi yüksək keyfiyyətli optik eynəklər paylanılıb.